https://news.day.az/azerinews/1877975.html Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib - VİDEO Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanda itkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu" çərçivəsində keçirilmiş IV Beynəlxalq Konfransın yekunlarına dair paylaşım edib.

Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib - VİDEO

Azərbaycanca, 29 ноября 2026 14:31 (UTC +04:00) 121
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanda itkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu" çərçivəsində keçirilmiş IV Beynəlxalq Konfransın yekunlarına dair paylaşım edib.

Day.Az xəbər verir ki, paylaşımda Azərbaycan və dünya mediasında geniş işıqlandırılan bu tədbirin beynəlxalq dialoqun və əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi, eləcə də qabaqcıl təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynadığı vurğulanır.

Konfrans çərçivəsində itkin düşmüş şəxslər probleminin həlli istiqamətində effektiv mexanizmlərin və yeni həll yollarının inkişaf etdirilməsi ətrafında geniş müzakirələr aparıldığı qeyd olunur.

Təqdim olunan videoçarxda konfransın Bakıda keçirilən plenar iclasından, panel sessiyalarından və xüsusi tədbirindən ("side event") maraqlı məqamlar əksini tapıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости