Məşhur türk aktyor "donuz qripi"nə yoluxdu

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəli məşhur aktyor "donuz qripi"nə yoluxub.

Azvision.az türk mətbuatına istinadən xəbər verir ki, "Paramparça" serialında Harun rolunda çıxış edən Barış Falayda "donuz qripi" aşkar edilib.

Yüksək qızdırma ilə xəstəxanaya aparılan məşhur aktyor hazırda həkim nəzarətindədir.

Barış Falay bu səbəbdən serial çəkilişlərinə ara verib. 

Qeyd edək ki, bundan öncə Türkiyədə model Ebru Şallının oğlu Beren, aktyor Qamze Topuzun qızı Yeliz və Bülənt Ərsoyun da "donuz qripi" yoluxduğu bildirilirdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.