Azərbaycanlı aktrisanın Türkiyədə yaşayan qızı müğənniliyə başlayıb? - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudovanın böyük qızı İntizar heyranedici səsi ilə opera müğənnilərindən seçilmir. Aktrisanın qızının tədbirlərdən birində oxuduğu mahnı hamının marağına səbəb olub. Xalq artisti Milli.Az-a açıqlamasında qızının gözəl səsi olduğunu, lakin müğənni olmadığına görə təəssüfləndiyini bildirib:
"İntizarın çox gözəl səsi var. Amma çox heyf ki, o müğənni olmadı. Bir çox sənətkarlar mənə deyirdilər ki, bu cür səsi olan qızı niyə oxumağa qoymamısan? Bu məndən asılı deyildi, öz seçimi idi".
Qeyd edək ki, Fatma Mahmudovanın böyük qızı İntizar Türkiyə vətəndaşı ilə ailə həyatı qurub və Türkiyədə yaşayır. Onların iki əkiz övladı var. Aktrisanın kiçik qızı Nigar isə aktrisalıq sənəti ilə yanaşı, həm də müğənnilik edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре