Ermənistan ordusunda xəsarət alanların sayı çoxalıb
Day.Az представляет новость на азербайджанском языке
Qeyri-döyüş şəraitində Ermənistan ordusunda xəsarət alanların sayı çoxalıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, son vaxtlar Ermənistan ordusunda silah-texnikanın nasazlığı, xidmətə yarasız, istismar vaxtı bitmiş avadanlığın istifadəsi nəticəsində şəxsi heyət arasında xəsarət alanların və yaralananların sayı artıb. Qısa müddətdə işğalçı ordunun hərbi hissələrində baş verən hadisələr bunu bir daha sübut edir.
Belə ki, işğal olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrdən birində texnikaya qulluq zamanı Lernik Movsesyan adlı əsgər üzərinə silah-sursat yeşiyinin düşməsi nəticəsində xəsarət alıb. Hospitala çatdırılan hərbi qulluqçunun valideynləri isə onun məhz döyüldüyü üçün xəstəxanaya düşdüyünü iddia edirlər.
Başqa bir hadisənin döyüş mövqeyində, guya tonqala atılan patronun partlaması zamanı baş verdiyi bildirilir. Hadisə zamanı sol dizindən və əlindən xəsarət alan əsgər Tiqran Sarkisyan tibb məntəqəsinə yerləşdirilib.
Növbəti hadisə hərbi texnikaya qulluq zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Hadisə zamanı müqavilə əsasında xidmət edən hərbi qulluqçu Burgen Mnasakanyanın ayağı bud nahiyəsindən qırılıb. Onun da təcili olaraq hospitala təxliyə edildiyi bildirilir.
Qəza törədən köhnə "Zil" markalı yük maşınının yola çıxarkən nasaz vəziyyətdə olduğu bildirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре