https://news.day.az/azerinews/938586.html
Kür çayında suyun səviyyəsi 1 metr qalxıb
Kür çayında suyun səviyyəsi 1 metr qalxıb
Day.Az представляет новость на азербайджанском языке
Son günlər ölkə ərazisində yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin qalxmasına səbəb olub.
Day.Az "Report"a istinadən bildirir ki, artım daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur.
Belə ki, sentyabrın 29-dan oktyabrın 5-nə kimi çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə artaraq 1 metrə çatıb.
Mütəxəssislərin fikrincə, çayın indiki vəziyyəti rayon üçün elə də təhlükəli deyil. Amma Kür çayının səviyyəsi bu templə qalxarsa, nəinki Salyan, hətta Neftçala rayonu üçün də təhlükə yarada bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре