Şəmkirdə maskalı şəxslər evə basqın edib - tutulanlar var

Həm oğurluq ediblər, həm də ev sakinlərini döyüblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə oktyabrın 4-ü axşam saat 21:00 radələrində Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində baş verib. İki nəfər maskalı şəxs kənd sakini Yeganə Məmmədovanın yaşadığı mənzilə daxil olaraq, Məmmədovaya və onun övladları - 15 yaşlı Səkinə və 9 yaşlı Əliyə zor tətbiq ediblər.
Ananı övladlarını öldürəcəyi ilə hədələyən maskalı şəxslər ondan həyat yoldaşının Rusiyadan göndərdiyi pulları tələb ediblər.
Məmmədovlar ailəsinin evindən 140 manatı və 10 min rus rublunu quldurluq yolu ilə ələ keçirən "çağırılmamış qonaqlar" sonra evi tərk ediblər. Hadisə ilə bağlı polisə məlumat daxil olduqdan sonra şübhəli şəxs qismində Zəyəm-Çırdaxan kənd sakinləri - əvvəllər məhkum olunmuş 35 yaşlı Toğrul Babayev və 21 yaşlı İlkin Babayev saxlanılıb. Onlar quldurluq cinayəti törətmələrini etiraf ediblər.
Hazırda hər iki şəxsin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
Şəmkirdə maskalı şəxslər evə basqın edib