Bakıda əcnəbi soyadlı iki yeniyetmə qız itkin düşüb
Day.Az представляет новость на азербайджанском языке
17-18 oktyabr tarixlərində paytaxtda iki yeniyetmə itkin düşüb.
Day.Az sputnik.az-a istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qaradağ rayonunda 15 yaşlı qızın itkin düşməsi ilə bağlı onun nənəsi polisə müraciət edib. Müşfiqabad qəsəbəsinin 1940-cı il təvəllüdlü sakini Südabə Orucova bildirib ki, onunla yaşayan nəvəsi, 2002-ci il təvəllüdlü Mikalaşvili İlkanə Alik qızı oktyabrın 17-i saat 15:00 radələrindən evdən çıxıb və bir daha qayıtmayıb. Ondan heç bir xəbər yoxdur.
Digər fakt isə Suraxanı rayonunda qeydə alııb. Oktyabrın 18-də saat 19:00-da Yeni Günəşli qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Ebru Devrim Demirel evdən çıxıb və qayıtmayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре