"Barselona" Messiyə ömürlük müqavilə təklif etmək istəyir

Day.Az представляет новость на азербайджанском языке

Kataloniyanın "Barselona" klubu argentinalı forvard Lionel Messiyə ömürlük müqavilə təklif etmək niyyətindədir.

Day.Az "Report"a istinadən bildirir ki, bunu klubun baş direktoru Oskar Qrau deyib.
"Messi iyunda dörd illik müqavilə imzaladı, lakin klub ona ömürlük saziş təklif edəcək. Biz istəyirik ki, Messi karyerasının sonunadək komandada qalsın, çünki o, futbol ilahəsidir. Və biz istəyirik ki, o, karyerasını bitirdikdən sonra yenə də "Barselona"da qalsın", - deyə nəşr baş direktorun sözlərini sitat gətirib.
30 yaşlı Messi 2004-cü ildən "Barselona"nın şərəfini qoruyur. Onun hesabında 30 titul var. O, Kataloniya klubunda keçirdiyi 596 oyuna 522 qol vurub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.