Elşən Orucov: “Tam səmimi deyirəm ki, Şəmi və Şöşü...” – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

"Artıq tamaşaçını heç bir şeylə təəccübləndirmək olmaz" deyilən bir anda Fəlakət personajı üzə çıxmağa başladı. Yavaş-yavaş tamaşaçı kütləsini ələ alan bu komik obraz bir idola çevrildi desək, yanılmarıq.

Özünəxas danışığı, hərəkətləri, mimikası və sairə onu başqlarından fərqləndirdi. Və deyərdim bu obrazla bəlkə də istədiyindən daha çox uğura nail oldu.

Milli.Az gecce.az-a istinadən "Daşqınov Fəlakət"ə can verən Elşən Orucovun müsahibəsini təqdim edir.

Elşən Mədəniyyət və İncəsənət Universitetinin Kino-aktyorluq fakültəsini bitirib, amma o, bu gün də fəaliyyətini davam etdirdiyi ATV kanalında ixtisası üzrə deyil, reklam sahəsində çalışmağa başlamışdı. Sonra montajyor və aparıcı kimi özünü sınayan Elşən yenə də öz sənəti ilə, yəni aktyorluqla məşğul oldu.

- ADMİU-nu bitirdikdən sonra müəyyən səbəblərdən, teatrlarımızdakı vəziyyətlər ucbatından sənətimlə məşğul olmayıb, televiziyaya üz tutdum. Təxmini 8 il olar ki, bu kanalda çalışıram. Bura gəlməyim də heç təsadüf olmayıb. Əvvəldən İlkin Həsəni və Ramil Babayevlə tanışlığımız vardı. Bir müddət sonra isə "Bozbash Pictures" komandasına qatıldım.

- Fəlakət obrazı necə yarandı?

- Müəyyən fasilələrdən sonra 2011-ci ildə "Bozbash Pictures"ə start verildi. İzləyənlər yaxşı bilir ki, bu obraz yaranana qədər başqa rolları canlandırmışam. Və ən maraqlısı da odur ki, "Fəlakət" düşünülmüş personaj deyildi. Heç adı belə yox idi. Təsadüf nəticəsində Qalaaltı çəkilişləri zamanı İlkin "bu obrazın adı Daşqınov Fəlakət olsun" demişdi. Fəlakətin bu dərəcədə seviləcəyini heç birimiz gözləmirdik.

- Onda deyə bilərik ki, bu obrazı siz yaratdınız, "Dədə Qorqud"luq missiyası isə İlkinin öhdəsinə düşdü?

- Belə də deyə bilərik (red:-gülür).

- Bəs bu obraza necə adaptasiya oldunuz , yəqin ki, asan olmayıb?

- Hərdən məndən soruşurlar ki, realda da beləsən? Necə ola bilər ki, həyatda belə bir insan olsun? Fəlakəti insanlar ona görə çox sevirlər ki, bu obraz onlara doğma gəlir.

- Bəs düşünmürsüz ki, Fəlakət, Şəmi obrazını geridə qoydu?

- Ola bilsin ki, tamaşaçı belə düşünsün və hörmətlə də yanaşıram. Amma məndən soruşsanız, tam səmimi deyirəm ki, istər Şəmi, istər Şöşü, istərsə də digərlərinin uğuru hamısı bir-biri ilə bağlıdır. Əminlikə deyirəm ki, bu beşlikdən biri komandadan ayrılsa, işimizə çox təsir edəcək.

- İstər xarici ölkələrə, istərsə də, regionlarımıza tez-tez səfərləriniz olur. Orada necə tanıyırlar sizi?

- Maşalallah, xaricdə yaşayan həmvətənlərimiz bizi sevə-sevə izləyirlər. Onların istəyi, arzusu inanılmaz dərəcədə çoxdur. Qürbətdə yaşayan azərbaycanlılar həmişə bizi görəndə qonaqlığa dəvət edirlər.

- 5 ildən sonra nə etməyi düşünürsünüz?

- Son zamanlara kollektiv olaraq istəyirik ki, komediya janrında bir film çəkək. Artıq vaxtdır. Bu barədə dostlarımız və əhatəmizdə olan insanlarla birgə baş sındırmağa başlamışıq. Hər kəsi bizə dəstək olmağa çağırıram. Paxıllıq etməkdənsə, zənnimcə, incəsənət üçün bir xeyirli iş görsələr, daha yaxşı olar. Təbii ki, bu 5-10 nəfərin görəcəyi bir iş deyil.

- Azərbaycanda kifayət qədər komediya janrında filmlər var. Bəs bu iş digərlərindən nə ilə fərqlənəcək?

- Vəd vermək istəmirəm. Çünki sabah nə olacağını heç birimiz bilmirik. Məqsədimiz keyfiyyətli iş ərsəyə gətirməkdir.

- Bəs şəxsi həyatınızla bağlı heç bir planlarınız yoxdur? Nə vaxt ailə qurmağı düşünürsünüz?

- Hazırda ürəyim boşdur. Həyatımda heç kim yoxdur. Ancaq işə adaptasiya olmuşam. Hər şeyin öz zamanı var. Hələ 29 yaşım var.

- Ailə qurmaq üçün çoxmu tezdir?

- Yox. Deyərdim elə tam zamanıdır(red:-gülür). Bu, elə bir mövzulardır ki, məcburi heç bir şey olmur. Qismət...

- Sevgidə peşmançılıq hissini yaşamısınızmı?

- Həyatımda yaşadığım heç bir şeyə görə peşman deyiləm. Nə yaşamışamsa, özüm qərar vermişəm. Mən elə bir insanam ki, nəyinsə xatirinə həyatımı qurmuram.

- Sevgidə riskə gedərsinizmi?

- Böyük bir sevgim olmayıb ki, o xanım üçün riskə gedim. Bəlkə nə vaxtsa, başıma gəlsə, bir fikir bildirə bilərəm.

- Romantiksiz?

- Yox. Romantika filan mənlik deyil.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.