https://news.day.az/society/614934.html Bakıda 200 minlik maşından saxta nömrə çıxdı – "Maserati" tutuldu

Bakıda 200 minlik maşından saxta nömrə çıxdı – "Maserati" tutuldu

Общество, 20 сентября 2015 23:53 (UTC +04:00) 7 751
Bakıda 200 minlik maşından saxta nömrə çıxdı – "Maserati" tutuldu

Day.Az представляет новость на азербайджанском языке


"Maserati"yə "QAZ-69"un nömrəsini vuran sürücü kamera və radardan yayınmağa çalışırmış Bakıda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Maserati" markalı, 90 GX 501 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.

Avtosfer.az-ın məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, bu avtomobilin səsboğucusuna müdaxilə edilib. Bundan əlavə, 30-dan artıq ödənilməmiş MMX protokolu da mövcuddur. Sonrakı yoxlamalar zamanı isə daha maraqlı fakt ortaya çıxıb. Məlum olub ki, avtomobilin üzərindəki nömrə saxtadır.

Daha doğrusu, 90 GX 501 nömrəsi əslində, "Maserati"yə məxsus deyil. Bu nömrə köhnə "QAZ-69" markalı avtomobilindir. Sadəcə, sürücü kamera və radarların cəriməsindən yayınmaq üçün "lipa" nömrə ilə maşın sürür. Yol polisləri həmin avtomobili cərimə meydançasına aparıblar. Bu zaman yüksək vəzifəli bir nəfər zəng edərək avtomobilin cərimə meydançasına aparılmasının qarşısını almağa çalışıb.

Lakin istəyinə müvəffəq ola bilməyib.

Avtosfer.az bununla bağlı araşdırmaları davam etdirir.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости