https://news.day.az/azerinews/1571443.html Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanca, 7 июня 2023 19:26 (UTC +04:00) 604
Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, ölkənizin və xalqınızın inkişafı, rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Ölkələrimiz arasındakı dostluq münasibətlərini məmnuniyyətlə qeyd edirəm. Sloveniya-Azərbaycan tərəfdaşlığı qarşılıqlı fayda əsasında əhəmiyyətli dərəcədə möhkəmlənib.

Sloveniya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülhün, sabitliyin və xalqların birgəyaşayışının möhkəmlənməsi istiqamətində səylərini daha da artıracaqdır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости