Sarımsağın yeni faydası aşkarlandı: Qan təzyiqini azaltmağa kömək edir
Alimlərin son araşdırmalarına görə, sarımsaq yüksək qan təzyiqinin azalmasına müsbət təsir göstərə bilər.
Day.Az xəbər verir ki, mütəxəssislər sarımsağın tərkibində yaranan allisin maddəsinin damarları genişləndirərək qan dövranını yaxşılaşdırdığını və bunun nəticəsində təzyiqin tədricən aşağı düşdüyünü bildirirlər.
Eyni zamanda, sarımsaq damarları zədələnmədən qoruyan antioksidant təsir göstərir.
Araşdırmalarda təzə sarımsaq, sarımsaq tozu, yağı və xüsusi ekstraktlarından istifadə olunub. Alimlərin fikrincə, ən təsirli nəticə saxlanılmış sarımsaq ekstraktında müşahidə edilib. Bəzi hallarda onun təsiri standart təzyiq dərmanları ilə müqayisə olunub. Bununla belə, həkimlər sarımsağın müstəqil müalicə vasitəsi kimi istifadə edilməsini tövsiyə etmirlər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, sarımsağın həddindən artıq qəbulu mədə ağrısı, ürəkbulanma, qıcqırma və xoşagəlməz qoxu kimi yan təsirlər yarada bilər. Xüsusilə qan durulaşdırıcı dərman qəbul edən şəxslər və mədə-bağırsaq xəstəlikləri olan insanlar ehtiyatlı olmalıdır. Buna görə sarımsaqdan müalicə məqsədilə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре