https://news.day.az/azerinews/1836945.html Azərbaycan XİN Pakistana başsağlığı verib Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib. Day.Az xəbər verir ki, bu barədə XİN X-da paylaşım edib. "Biz Pakistanın Kvetta şəhərində sərnişin qatarını hədəf alan iyrənc terror hücumunu qətiyyətlə pisləyirik.

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycanca, 24 мая 2026 14:04 (UTC +04:00) 305
Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

Day.Az xəbər verir ki, bu barədə XİN X-da paylaşım edib.

"Biz Pakistanın Kvetta şəhərində sərnişin qatarını hədəf alan iyrənc terror hücumunu qətiyyətlə pisləyirik. Bu hücum nəticəsində günahsız insanların faciəvi şəkildə həyatını itirməsi və çox sayda insanın yaralanması dərin təəssüf doğurur. Qurbanların ailələrinə səmimi başsağlığı verir, bu çətin məqamda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Bu cür terror aktlarına heç bir halda haqq qazandırıla bilməz və onlar bütün forma və təzahürlərində qəti şəkildə rədd edilməlidir", - deyə XİN-nin paylaşımında qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости