https://news.day.az/azerinews/1844283.html
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisələri qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisələri qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşlardan birinin bankomatda unutduğu pul vəsaitini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı S.Süleymanov müəyyən olunaraq saxlanılıb.
Keçirilən digər tədbir zamanı rayon ərazisində iaşə obyektlərindən birindən 900 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 35 yaşlı R.Kərimov da saxlanılıb.
Araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре