Həftəsonu 6 ballıq maqnit qasırğası gözlənilir
Britaniya Geoloji Xidməti iyulun 12-də Yer kürəsində G2 səviyyəli, təxminən 6 ballıq maqnit qasırğasının baş verəcəyini proqnozlaşdırıb.
Day.Az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, geomaqnit aktivliyinin artmasına Günəşdən gələn tac kütlə atılması səbəb olacaq və qasırğanın bir gün davam edəcəyi gözlənilir.
Ekspertlər bildirirlər ki, G2 səviyyəli maqnit qasırğası radio rabitəsinə, naviqasiya sistemlərinə və enerji şəbəkələrinə müəyyən təsirlər göstərə bilər. Meteohəssas insanlarda isə baş ağrısı, yorğunluq, təzyiq dəyişiklikləri və yuxu pozğunluğu kimi əlamətlər müşahidə oluna bilər.
Mütəxəssislər bu dövrdə kifayət qədər yatmağı, bol su qəbul etməyi, ağır fiziki yüklənmədən, alkoqol və kofeindən uzaq durmağı, həmçinin açıq havada daha çox vaxt keçirməyi tövsiyə edirlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре