Kartofun həddindən artıq istehlakı sağlamlıq üçün risk yarada bilər
Yapon alimlərinin araşdırmasına görə, kartofun həddindən artıq istehlakı yüksək nişasta tərkibinə görə 2-ci tip diabet, piylənmə və maddələr mübadiləsi pozğunluqları riskini artıra bilər. İsti kartof yeməkləri qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər.
Day.Az xəbər verir ki, mütəxəssislər ki, kartofda lif, zülal və yağ az olduğundan onun müntəzəm və çox miqdarda qəbulunun mədəaltı vəzi, ürək-damar sistemi və qalxanabənzər vəzin fəaliyyətinə mənfi təsir göstərə biləcəyini bildirirlər.
Alimlər kartofdan tam imtina etməyi tövsiyə etmirlər. Onlar kartofun ölçülü miqdarda, lif və zülalla zəngin qidalarla birlikdə, balanslı qidalanma çərçivəsində istehlak edilməsini məsləhət görürlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре