https://news.day.az/azerinews/1847711.html
Acqarına meyvə yemək hər kəs üçün faydalı olmaya bilər
Diyetoloqlar bildirirlər ki, meyvələrin tərkibindəki üzvi turşular, fruktoza və liflər acqarına qəbul edildikdə bəzi insanlarda mədə qıcıqlanması, köp, spazm, ishal və qan şəkərinin sürətli dəyişməsinə səbəb ola bilər.

Day.Az xəbər verir ki, xüsusilə qastrit, mədə xorası, qıcıqlanmış bağırsaq sindromu, fruktoza mənimsənilməsi pozğunluğu və şəkərli diabeti olan şəxslərə acqarına meyvə yemək tövsiyə edilmir.
Mütəxəssislər meyvələrin günün birinci yarısında qəlyanaltı kimi və ya əsas yeməkdən təxminən iki saat sonra qəbul edilməsini, diabet xəstələrinin isə onları zülallı qidalarla birlikdə istehlak etməsini məsləhət görürlər.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре