İsti havada spirtli içkilər sağlamlıq riskini artırır

Həkimlərin sözlərinə görə, isti havada bütün spirtli içkilər orqanizmə daha ağır təsir göstərir. Xüsusilə şirin alkoqollu içkilər susuzluğu artırır və fərqinə varmadan normadan artıq içilməsinə səbəb ola bilər.

Day.Az xəbər verir ki, araq, viski, rom və tekila kimi sərt spirtli içkilər isə yalançı sərinlik hissi yaratsa da, günvurma və həddindən artıq istiləşmə riskini artırır. Pivə də sidikqovucu təsir göstərdiyindən susuzluğu aradan qaldırmaq üçün uyğun seçim sayılmır.

Mütəxəssislər ən isti saatlarda spirtli içki qəbul etməməyi, alkoqolu acqarına içməməyi, hər qədəhdən sonra su içməyi və qəbul olunan miqdara nəzarət etməyi tövsiyə edirlər.