https://news.day.az/azerinews/1847737.html Dezinformasiya ilə mübarizə D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri olacaq - Hikmət Hacıyev Dezinformasiya ilə mübarizə, KİV-lər arasında əməkdaşlığın inkişafı və mediada süni intellekt texnologiyalarından istifadə D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olacaq.

Dezinformasiya ilə mübarizə D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri olacaq - Hikmət Hacıyev

Azərbaycanca, 13 июля 2026 19:18 (UTC +04:00) 404
Dezinformasiya ilə mübarizə D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri olacaq

Dezinformasiya ilə mübarizə, KİV-lər arasında əməkdaşlığın inkişafı və mediada süni intellekt texnologiyalarından istifadə D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olacaq.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev D-8 Media Mükəmməllik Mərkəzinin Strateji Konsepsiyasının təqdimatı zamanı deyib.

"Dezinformasiya ilə mübarizə mediada süni intellekt alətlərinin tətbiqi və Mükəmməllik Mərkəzinin Konsepsiyasında nəzərdə tutulan bir sıra digər istiqamətlər onun prioritetləri sırasında olacaq", - deyə o bildirib.

H.Hacıyevin sözlərinə görə, jurnalist kadrlarının hazırlanmasına, kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişafına və D-8-ə üzv dövlətlərin media qurumları arasında birbaşa qarşılıqlı əlaqələrin genişləndirilməsinə də xüsusi diqqət yetirilməsi planlaşdırılır.

O qeyd edib ki, Media Mükəmməllik Mərkəzi qardaş ölkələrin KİV nümayəndələri arasında bilik və peşəkar təcrübə mübadiləsi üçün platformaya çevrilməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости