https://news.day.az/azerinews/1847743.html Füzulidə yanğının yayıldığı minalanmış ərazidə partlayışlar baş verir Füzuli rayonunda davam edən yanğın zamanı alovun yayıldığı mina ilə çirklənmiş ərazilərdə partlayışlar baş verir. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində qeydə alınıb. Yanğının təsiri nəticəsində ərazidə yerləşən minalar ardıcıl olaraq partlayıb.

Füzulidə yanğının yayıldığı minalanmış ərazidə partlayışlar baş verir

Azərbaycanca, 13 июля 2026 19:42 (UTC +04:00) 353
Füzulidə yanğının yayıldığı minalanmış ərazidə partlayışlar baş verir

Füzuli rayonunda davam edən yanğın zamanı alovun yayıldığı mina ilə çirklənmiş ərazilərdə partlayışlar baş verir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində qeydə alınıb. Yanğının təsiri nəticəsində ərazidə yerləşən minalar ardıcıl olaraq partlayıb.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Əraziyə cəlb olunan qüvvələr alovun daha geniş əraziyə yayılmasının qarşısını almaq və yanğını tam söndürmək üçün fasiləsiz fəaliyyət göstərirlər.

Ərazinin mina ilə çirklənməsi yanğınsöndürmə işlərini çətinləşdirsə də, vəziyyət aidiyyəti qurumların nəzarəti altındadır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости