Şəhid Kərim Əliyevin görüntüləri kövrəltdi - VİDEO
İkinci Qarabağ müharibəsi şəhidi Kərim Əliyevin sosial şəbəkələrdə yayılan görüntüləri izləyiciləri duyğulandırıb.
Day.Az xəbər verir ki, kadrlarda şəhidin əsgər yoldaşları ilə səmimi söhbətləri, zarafatları və mehriban münasibəti əks olunub. Onun həyat dolu davranışları və döyüş yoldaşları ilə keçirdiyi anlar qısa zamanda geniş yayılaraq çoxsaylı istifadəçinin diqqətini çəkib.
Sosial şəbəkə istifadəçiləri görüntülərə ürəkdağlayan şərhlər yazaraq şəhidin xatirəsini ehtiramla yad ediblər. Bir çoxları onun gülərüz simasının və səmimi davranışlarının yaddaşlarda əbədi qalacağını qeyd ediblər.
Qeyd edək ki, Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində anadan olub. O, 2004-2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.
Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 19-da Qubadlı istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Şəhidin illər əvvəl lentə alınan səmimi görüntüləri bu gün də onun əziz xatirəsini yaşadır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре