https://news.day.az/azerinews/1849191.html Sükan arxasında ilk dərs harada keçilməlidir? - VİDEO Avtomobil idarə etməyi öyrənmək istəyənlərin sayı artsa da, bunun üçün nəzərdə tutulan qapalı təlim meydançalarının çatışmazlığı ciddi problem olaraq qalır.

Sükan arxasında ilk dərs harada keçilməlidir? - VİDEO

Azərbaycanca, 20 июля 2026 17:42 (UTC +04:00) 239
Sükan arxasında ilk dərs harada keçilməlidir?

Avtomobil idarə etməyi öyrənmək istəyənlərin sayı artsa da, bunun üçün nəzərdə tutulan qapalı təlim meydançalarının çatışmazlığı ciddi problem olaraq qalır. Nəticədə bir çox namizəd ilkin sürücülük bacarıqlarını yaşayış məhəllələrində və boş küçələrdə qazanmağa çalışır ki, bu da həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün risk yaradır.

Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, mütəxəssislər sürücülük təliminin mərhələli şəkildə təşkil olunmalı olduğunu hesab edirlər.

İlk mərhələdə namizədlər qapalı meydançalarda əsas vərdişləri mənimsəməli, yalnız bundan sonra şəhər yollarında praktiki təlimə cəlb olunmalıdır. Mövcud infrastrukturun məhdudluğu isə bu prosesi çətinləşdirir.

Ekspertlər çıxış yolunun sürücülük məktəblərinin birgə istifadə edə biləcəyi xüsusi təlim meydançalarının yaradılması olduğunu bildirirlər. Onların fikrincə, bu yanaşma həm təlimin keyfiyyətini, həm də yol hərəkəti təhlükəsizliyini artırmağa kömək edəcək.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости