https://news.day.az/azerinews/1849746.html Dövlət Neft Fondu qızıl satışını dayandırıb Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin II rübündə qızıl satışını dayandırıb. Bu barədə ARDNF-nin məlumatında qeyd edilir. Fondun qızıl ehtiyatları 178,1 ton təşkil edib. Cari ilin iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 31,4% olub.

Dövlət Neft Fondu qızıl satışını dayandırıb

Azərbaycanca, 23 июля 2026 13:32 (UTC +04:00) 233
Dövlət Neft Fondu qızıl satışını dayandırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin II rübündə qızıl satışını dayandırıb.

Bu barədə ARDNF-nin məlumatında qeyd edilir.

Fondun qızıl ehtiyatları 178,1 ton təşkil edib.

 

Cari ilin iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 31,4% olub.

"2026-cı ilin birinci rübündə başlanan ABŞ-İran münaqişəsi nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik müşahidə olunmuş və müharibə bütün investisiya istiqamətlərinə mənfi təsir göstərmişdir. İkinci rüb ərzində isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunmuş, müsbət gəlirlilik əldə edilmiş, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə vermişdir.

Qızılın qiyməti birinci rübün əvvəlində kəskin artmış, buna ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazları və valyutalardan real aktivlərə yönəlməsi kimi struktur amillər səbəb olmuşdur. Birinci rübün sonunda isə qiymətlər kəskin azalmış və real faiz dərəcələrinin artımı fonunda bu eniş ikinci rüb ərzində davam etmişdir", - məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости