https://news.day.az/azerinews/1854687.html Avtomobilin planşetindən istifadə ilə bağlı YENİ QAYDA? Avtomobil idarə edərkən telefon istifadə etmək qadağandır. Bəs müasir maşınların bütün funksiyalarının bir planşetdə toplanması ilə bağlı qanun nə deyir? Day.Az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, bu, son vaxtların əsas aktual məsələlərindən biridir.

Avtomobilin planşetindən istifadə ilə bağlı YENİ QAYDA?

Azərbaycanca, 18 августа 2026 17:20 (UTC +04:00) 181
Avtomobilin planşetindən istifadə ilə bağlı

Avtomobil idarə edərkən telefon istifadə etmək qadağandır. Bəs müasir maşınların bütün funksiyalarının bir planşetdə toplanması ilə bağlı qanun nə deyir? 

Day.Az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, bu, son vaxtların əsas aktual məsələlərindən biridir.

O, qeyd edib ki, bunu istehsalçı quraşdırdığına görə adətən hər hansı müdaxilə hesab olunmur.

"Əgər sözügedən avadanlıq istehsalçı tərəfindən qoyulmayıbsa burada müdaxilədən söhbət gedə bilər. Lakin məsələ ölkələrə görə dəyişir. Çox istərdik ki, bu məsələyə də müəyyən standartlar çərçivəsində baxılsın.

Avropada bəzi avtomobillərdə, hətta Avropa markalarında belə əvvəlcə demək olar ki, bütün funksiyalar planşet tipli ekranlara keçirildi. Sonradan təhlükəsizliklə bağlı şikayətlər və hadisələrin təhlili göstərdi ki, bu, sürücünün diqqətini yayındıra bilər. Ona görə də ən azı bəzi əsas funksiyalar üçün fiziki düymələrin saxlanılması məsələsi gündəmə gəldi", - o deyib.

Ekspert vurğulayıb ki, elə Çin avtomobilləri var kondisioner belə planşetdən idarə edilir, yəni fiziki düymə yoxdur:

"Bu, əslində, təhlükəli ola bilər. Müəyyən standart olmadığına görə belə avtomobillərin idxalına məhdudiyyət qoyula bilmir. Qəzalar konseptindən məsələyə yanaşdıqda isə sürücünün həmin anda monitora baxıb-baxmadığı, diqqətini konkret nəyin yayındırdığı kimi amillər ətraflı təhlil olunmalıdır. Bir çox ölkələrdə belə amillər ciddi şəkildə izlənilir, hesabatlara daxil edilir və əldə olunan nəticələr əsasında addımlar atılır.

Bu gün artıq sürücünün avtomobildə oturub video platformalarında videolara, hətta filmlərə baxa-baxa avtomobil idarə etməsi kimi hallar da ortaya çıxıb. Halbuki əvvəllər radionu qoşanda belə avtomobillərdə sürücünün diqqətinin yayınmaması ilə bağlı xəbərdarlıqlar olurdu. İndi isə texnologiyanın inkişafı ilə elə bir mərhələyə gəlib çıxmışıq ki, sürücünün qarşısında böyük ekranlar var. Bu ekranlardan istifadə diqqəti ciddi şəkildə yayındıra bilər", - o bildirib.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости