https://news.day.az/azerinews/1866660.html Metro gücləndirilmiş rejimdə çalışacaq Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Day.Az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Metro gücləndirilmiş rejimdə çalışacaq

Azərbaycanca, 13 октября 2026 12:33 (UTC +04:00) 235
Metro gücləndirilmiş rejimdə çalışacaq

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Day.Az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, "Koroğlu" stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək.

"Qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək. Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək", - məlumatda deyilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости