https://news.day.az/azerinews/1867556.html Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO Azərbaycan ilə NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO

Azərbaycanca, 16 октября 2026 16:00 (UTC +04:00) 258
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan ilə NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Day.Az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, müzakirələr oktyabrın 16-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin NATO nümayəndə heyəti ilə görüşündə aparılıb.

Görüş "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi çərçivəsində keçirilib.

Kərim Vəliyev peşəkar hərbi kadrların hazırlanmasında Azərbaycan ilə NATO arasında münasibətlərin xüsusi əhəmiyyət daşıdığını bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə NATO-nun dünyada sülh və təhlükəsizliyin təmin olunmasındakı rolundan danışılıb, qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin, təlim və kursların əhəmiyyəti qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

  • Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
  • Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
  • Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
  • Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости