https://news.day.az/azerinews/1867959.html Qəza nəticəsində səkiyə çıxan maşın qadını vurub öldürdü Bakının Xətai rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində piyada ölüb. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 18-də saat 15 radələrində Gəncə prospektində qeydə alınıb. Belə ki, Əkbər Novruzovun idarə etdiyi minik avtomobili Emil İsgəndərovun idarə etdiyi minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində səkiyə çıxan maşın qadını vurub öldürdü

Azərbaycanca, 19 октября 2026 09:36 (UTC +04:00) 219
Qəza nəticəsində səkiyə çıxan maşın qadını vurub öldürdü

Bakının Xətai rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində piyada ölüb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 18-də saat 15 radələrində Gəncə prospektində qeydə alınıb.

Belə ki, Əkbər Novruzovun idarə etdiyi minik avtomobili Emil İsgəndərovun idarə etdiyi minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən Emil İsgəndərovun avtomobili yoldan çıxaraq səki ilə hərəkət edən 1981-ci il təvəllüdlü Elzanə Əliyevanı vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости