Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub - VİDEO
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü Bəxtiyar Ağayev saxlanılıb.
Day.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları paytaxt sakinini "Lada" markalı avtomobillə təhlükəli manevrlər edərək kobud qayda pozuntularına yol verdiyi üçün saxlayıblar.
Sənədlərini təqdim etməkdən imtina edən sürücünün davranışı şübhə doğurduğundan o, tibbi müayinəyə dəvət olunub. Müayinə nəticəsində B.Ağayevin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə sürücü 20 sutka müddətinə inzibati qaydada həbs edilib.
BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərə qarşı kəsərli tədbirlərin davam etdiriləcəyini bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре