https://news.day.az/azerinews/1868273.html Dövlət Neft Fondunun investisiya portfelinin pay bölgüsü açıqlanıb Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 33,9%-ə bərabər olub. Day.Az xəbər verir ki, bu barədə ARDNF-nin məlumatında bildirilib. Məlumata görə, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz bəndi azdır.

Dövlət Neft Fondunun investisiya portfelinin pay bölgüsü açıqlanıb

Azərbaycanca, 20 октября 2026 11:50 (UTC +04:00) 222
Dövlət Neft Fondunun investisiya portfelinin pay bölgüsü açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 33,9%-ə bərabər olub.

Day.Az xəbər verir ki, bu barədə ARDNF-nin məlumatında bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz bəndi azdır.

Eyni zamanda hesabat dövründə ARDNF-nin investisiya portfelində səhmlərin payı isə 27% təşkil edib ki, bu da illik müqayisədə 1,2 faiz bəndi çoxdur.

Bundan başqa, fondun investisiya portfelində
qızılın payı 32,8%-dən (184,8 ton) 32,3%-ə (178,1 ton) enib.

Hesabat dövründə ARDNF-nin investisiya portfelində daşınmaz əmlak və infrastrukturun payı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz bəndi artaraq 6,8% təşkil edib.

Hesabat dövrünə ARDNF-nin investisiya portfelinin dəyəri 74,003 milyard ABŞ dolları təşkil edib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,843 milyard ABŞ dolları və ya 5,5% artım deməkdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости