https://news.day.az/azerinews/1868356.html Polşada hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı - HƏYƏCAN TƏBİLİ Polşada Rusiyanın Ukraynanın qərbinə endirdiyi hava zərbələri ilə əlaqədar hava həyəcanı elan edilib. Day.Az xəbər verir ki, bu barədə "Polsat News" məlumat yayıb. Məlumata əsasən, oktyabrın 20-də səhər saatlarında Lyublin və Podkarpatsk əyalətlərinin sakinlərinə xəbərdarlıq bildirişləri göndərilib.

Polşada hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı - HƏYƏCAN TƏBİLİ

Azərbaycanca, 20 октября 2026 15:26 (UTC +04:00) 195
Polşada hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı

Polşada Rusiyanın Ukraynanın qərbinə endirdiyi hava zərbələri ilə əlaqədar hava həyəcanı elan edilib.

Day.Az xəbər verir ki, bu barədə "Polsat News" məlumat yayıb.

Məlumata əsasən, oktyabrın 20-də səhər saatlarında Lyublin və Podkarpatsk əyalətlərinin sakinlərinə xəbərdarlıq bildirişləri göndərilib. Təhlükəsizlik tədbirləri çərçivəsində Lyublin və Jeşuv hava limanlarının fəaliyyəti dayandırılıb, Polşa hərbi aviasiyası havaya qaldırılıb.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı da oktyabrın 20-də "X" sosial şəbəkəsində məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynanın qərbindəki hədəflərə dəfələrlə hava zərbələri endirməsi səbəbindən Hava Əməliyyatları Mərkəzi vasitəsilə hərbi aviasiya və hava hücumundan müdafiə sistemləri hərəkətə gətirilib.

Açıqlamada qeyd olunub ki, tədbirlər qabaqlayıcı xarakter daşıyır və əsas məqsəd təhlükəsizliyi təmin etmək, xüsusilə də müvafiq ərazidə Polşanın hava məkanını qorumaqdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости