https://news.day.az/azerinews/1868422.html Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edilib. Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN

Azərbaycanca, 20 октября 2026 18:39 (UTC +04:00) 272
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin

Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edilib.

Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Fransada iğtişaşları, zorakılığı və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi

ÜNVAN: 78, avenue d'Iéna Paris 75116

E-poçt ünvanı

[email protected]

[email protected]

[email protected]

Əlaqə nömrəsi

+33 (0) 1 44 18 60 20

+33 (0) 1 44 18 60 23

Qaynar xətt: +33 (6) 74740398 (WhatsApp)

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости