https://news.day.az/azerinews/1868590.html Azərbaycan və İndoneziya arasında İƏT Zirvə Görüşünə hazırlıq müzakirə olunub - FOTO Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan və İndoneziya arasında İƏT Zirvə Görüşünə hazırlıq müzakirə olunub - FOTO

Azərbaycanca, 21 октября 2026 14:41 (UTC +04:00) 246
Azərbaycan və İndoneziya arasında İƏT Zirvə Görüşünə hazırlıq müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də siyasi dialoqun genişləndirilməsi imkanları müzakirə olunub.

Tərəflər iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı səfərlərin və institusional əlaqələrin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Azərbaycan ilə İndoneziya arasında Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, D8, ASEAN və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd olunub. 2027-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə hazırlıq məsələləri əsas müzakirə mövzularından birini təşkil edib.

Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə birlikdə C6 formatında əməkdaşlığının əhəmiyyəti, bu çərçivədə regional bağlantıların gücləndirilməsi, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, eləcə də iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələləri diqqətə çatdırılıb.

Görüşdə, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Eyni gündə, Azərbaycan və İndoneziya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfinə nazir müavini Elnur Məmmədov, İndoneziya tərəfinə isə Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto rəhbərlik edib.

  • Azərbaycan və İndoneziya arasında İƏT Zirvə Görüşünə hazırlıq müzakirə olunub
  • Azərbaycan və İndoneziya arasında İƏT Zirvə Görüşünə hazırlıq müzakirə olunub
  • Azərbaycan və İndoneziya arasında İƏT Zirvə Görüşünə hazırlıq müzakirə olunub
  • Azərbaycan və İndoneziya arasında İƏT Zirvə Görüşünə hazırlıq müzakirə olunub
  • Azərbaycan və İndoneziya arasında İƏT Zirvə Görüşünə hazırlıq müzakirə olunub
  • Azərbaycan və İndoneziya arasında İƏT Zirvə Görüşünə hazırlıq müzakirə olunub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости