Kondisioner soyuqdəyməyə səbəb olurmu?
Kondisioner özü birbaşa soyuqdəyməyə səbəb olmur. Soyuqdəymənin əsas səbəbi viruslardır. Lakin isti havadan qəfil soyuq otağa keçmək burun axması, boğazda qıcıqlanma və narahatlıq yarada bilər.
Day.Az xəbər verir ki, kondisionerin filtrləri vaxtında təmizlənmədikdə toz və kif hissəcikləri havaya yayıla bilər. Bu isə xüsusilə allergiyası və astması olan insanlarda öskürək, asqırma və tənəffüs problemlərinə səbəb ola bilər. Quru hava da burun və boğazda quruluq yarada bilər.
Sağlamlıq problemlərinin qarşısını almaq üçün otaq temperaturunu rahat səviyyədə, adətən 22-26 dərəcə arasında saxlamaq, filtrləri mütəmadi təmizləmək və soyuq hava axınını birbaşa bədənə yönəltməmək tövsiyə olunur. Otağın havalandırılmasına və rütubət səviyyəsinə də diqqət yetirmək vacibdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре