https://news.day.az/azerinews/1869045.html Şahdağda qar yağıb Oktyabrın 23-ü saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, Şahdağda isə qar yağıb.

Şahdağda qar yağıb

Azərbaycanca, 23 октября 2026 11:34 (UTC +04:00) 271
Şahdağda qar yağıb

Oktyabrın 23-ü saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Şamaxıda 63 (aylıq normanın 83%-i), Oğuzda 52 (aylıq normanın 51%-i), Saatlıda 17 (aylıq normanın 42%-i), Kişçayda (Şəki) 15, Sarıbaşda (Qax) 12, Zaqatala, Tərtərdə 11, Ordubad, Qubada 10, Şahdağda 9, Sabirabad, Ağsu, Qəbələ, İsmayıllı, Gədəbəy, Sədərək, Göygöl, Ağstafa, Şərur, Qusar, Şahbuz, Balakən, Qobustan, Qrız, Xaçmaz, Kürdəmir, Qazax, Şəmkir, Tovuz, Culfa, Xınalıq, Xızı, Bərdə, Neftçala, Biləsuvar, Yardımlı, Naxçıvan, Daşkəsən, Gəncə, Naftalan, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Hacıqabul, İmişli, Ağdam, Goranboyda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzuli rayonlarında isə qısamüddətli leysan xarakterli intensiv yağış yağıb.

Oktyabrın 22-də Gədəbəy rayonunun bəzi ərazilərinə xırda dənəli dolu düşüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости