https://news.day.az/azerinews/1869163.html Həkim yod çatışmazlığından qorunmağın yollarını açıqladı Rusiyalı həkim-endokrinoloq, professor Mariya Matveyeva yod çatışmazlığının qarşısını almaq üçün gündəlik qidalanmada yodlaşdırılmış duzdan istifadə etməyi və rasiona dəniz məhsulları daxil etməyi tövsiyə edib.

Həkim yod çatışmazlığından qorunmağın yollarını açıqladı

Azərbaycanca, 24 октября 2026 02:15 (UTC +04:00) 338
Həkim yod çatışmazlığından qorunmağın yollarını açıqladı

Rusiyalı həkim-endokrinoloq, professor Mariya Matveyeva yod çatışmazlığının qarşısını almaq üçün gündəlik qidalanmada yodlaşdırılmış duzdan istifadə etməyi və rasiona dəniz məhsulları daxil etməyi tövsiyə edib.

Day.Az-ın məlumatına görə, mütəxəssisin bildirib ki, yod qalxanabənzər vəzi hormonlarının sintezi, maddələr mübadiləsi və ürək fəaliyyətinin tənzimlənməsi üçün vacibdir. Yetkin insanların gündəlik yod ehtiyacı təxminən 150 mikroqram, hamilə qadınlarda isə 220 mikroqram təşkil edir.

Həkim yodlaşdırılmış duzu qaranlıq və kip bağlanan qabda saxlamağı, mümkün olduqda yeməyə bişdikdən sonra əlavə etməyi məsləhət görüb. O, həmçinin yod tərkibli preparatları həkim məsləhəti olmadan qəbul etməməyə çağırıb, çünki yodun həm azlığı, həm də artıqlığı qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости