https://news.day.az/azerinews/1877927.html Tramp “süni intellekt” əvəzinə “super intellekt” ifadəsinin işlədilməsini vacib sayır ABŞ Prezidenti Donald Tramp "süni intellekt" (AI) əvəzinə "super intellekt" (SI) terminindən istifadə edilməsinin vacibliyini vurğulayıb. Day.Az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Tramp “süni intellekt” əvəzinə “super intellekt” ifadəsinin işlədilməsini vacib sayır

Azərbaycanca, 29 ноября 2026 10:04 (UTC +04:00) 314
Tramp “süni intellekt” əvəzinə “super intellekt” ifadəsinin işlədilməsini vacib sayır

ABŞ Prezidenti Donald Tramp "süni intellekt" (AI) əvəzinə "super intellekt" (SI) terminindən istifadə edilməsinin vacibliyini vurğulayıb.

Day.Az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

ABŞ Prezidenti qeyd edib ki, "Fox News" və "The Wall Street Journal" nəşrləri "super intellekt" ifadəsindən istifadə etmirlər və hər fürsətdə "süni intellekt" terminini işlətməyə üstünlük verirlər.

"Amma eybi yoxdur, çünki super intellekt həmişə süni intellekt üzərində üstünlük qazanacaq. Bu, daha dəqiq addır - söhbət süni deyil, super olan intellektdən gedir!

Şennon Brim süni intellekt adlandırdığı mövzu ilə bağlı veriliş aparır. O, dəfələrlə "süni" sözünü işlədir. Kimsə, zəhmət olmasa, ona izah edə bilərmi ki, söhbət süni intellektdən deyil, super intellektdən gedir və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədri Pol Atkins tezliklə bu terminin istifadəsini məcburi edəcək. O da mənim kimi dildə dəqiqliyə böyük əhəmiyyət verir!", - deyə Tramp bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости