Ölkədə 323 məktəb, 240 uşaq bağça dezinfeksiya olundu

Day.Az представляет новость на азербайджанском языке.

"İndiyə kimi "donuz qripi" təhlükəsinə qarşı 323 məktəb və 240 uşaq bağçasında dezinfeksiya işləri aparılıb".

Day.Az bildirir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov deyib.
 
O bildirib ki, dezinfeksiya işləri Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Abşerondakı məktəb və bağçalarda aparılıb.
 
Baş həkim qeyd edib ki, məktəb və bağçalarda dezinfeksiya işləri bu həftənin sonunda başa çatdırılacaq.

Kəpəz TV (Region TV) xəbər verir ki, "donuz qripi" xəstəliyi ilə əlaqədar Gəncədə yerləşən məktəb və məktəbəqədər təhsil müəssisələrində əlavə tədbirlər həyata keçirilir. Bunun üçün təhsil ocaqlarının binaları, dəhlizləri, qapı və pəncərələri xüsusi maddələrlə dezinfeksiya edilir. Son 1 həftə ərzində Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən şəhərin 35 məktəbində və 20 uşaq bağçasında bu kimi işlər görülüb.

Səlbi Cəfərova - Gəncə Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi: "Bununla yanaşı, əhalinin sıx məskunlaşdığı yerlərdə də profilaktika məqsədilə dezinfeksiya işləri aparılır. Ölkəmizdə "donuz qripi" aşkar edilməyib, amma buna baxmayaraq, profilaktika məqsədilə bu işləri görürük. Fəsilə əlaqədar olaraq infeksion xəstəliklər kütləvi şəkildə yayılmayıb. Təsadüf hallarda olur, o da tərəfimizdən tez qarşısı alınır".

Aparılan dezinfeksiya işləri ilə yanaşı, qurumun həkimləri məktəb və bağçalarda virusdan qorunmağın yolları barədə tövsiyələr də verirlər. Hazırda Gəncədə epidemioloji durum sabitdir və bu günədək "donuz qripi" xəstəliyi qeydə alınmayıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.