https://news.day.az/azerinews/846919.html Bakıda telefon qovşağının 66 yaşlı rəisi bıçaqlandı

Bakıda telefon qovşağının 66 yaşlı rəisi bıçaqlandı

Azərbaycanca, 3 декабря 2016 22:39 (UTC +04:00) 1 375
Bakıda telefon qovşağının 66 yaşlı rəisi bıçaqlandı

Day.Az представляет новость на азербайджанском языке

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata əsasən, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Day.Az "Report"a istinadən bildirir ki, 1950-ci il təvəllüdlü İsmayılov Əyyub Əkbər oğlu qonşusu Rəşad Həsənov ilə əlbəyaxa dava edib. Daha sonra R.Həsənov Ə.İsmayılova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan Ə.İsmayılov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb. Surxanı RPİ-nin 31-ci Polis Bölməsinin (PB) əməkdaşları R.Həsənovu tutaraq istintaqa təhvil verib.

Qeyd edək ki, Ə.İsmayılov Xəzər Rayon Telefon Qovşağının rəisi vəzifəsində çalışır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости