https://news.day.az/azerinews/852814.html Bakıda naməlum şəxs 31 yaşlı kişini bıçaqladı

Bakıda naməlum şəxs 31 yaşlı kişini bıçaqladı

Azərbaycanca, 22 декабря 2016 15:33 (UTC +04:00) 944
Bakıda naməlum şəxs 31 yaşlı kişini bıçaqladı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda naməlum şəxs 31 yaşlı kişini bıçaqlayıb.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Səbail rayonu, Neftçilər prospekti 36 ünvanında yerləşən Azərbaycan Dövlət Kukla Teatrının qarşısında qeydə alınıb.

Belə ki, naməlum şəxs Saatlı rayon sakini, 1985-ci il təvəllüdlü Ağayev Əvəz Abbasəli oğlunun kürək nahiyəsinə 6 bıçaq zərbəsi vuraraq ərazidən qaçıb.

Ə.Ağayev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости