18 yaşlı Emin siqaret üstündə öldürülübmüş... - Təfərrüat

Day.Az представляет новость на азербайджанском языке

---------
15:37

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda 18 yaşlı Emin Abdullayev öldürülüb.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb.

Gənc ayaqqabısını təmir etdirib evə geri dönürmüş. Bu zaman rayon sakini 16 yaşlı yeniyetmə ona yaxınlaşaraq siqaret istəyib. Emin istifadə etmədiyini bildirdikdə yeniyetmə qəzəblənib. Yaranan mübahisə qanla nəticələnib. Yeniyetmə üstündəki bıçaqla universtet tələbəsi olan Eminin ürək nahiyəsindən bıçaq zərbəsi endirib. Gənc aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçsa da sonradan polisin keçirdiyi əməliyyatla saxlanılıb.

Mərhumun qohumu hadisə haqda bunları danışıb: "Siqaret almaq istəyəndə deyib ki, mən siqaret çəkən deyiləm. Deyib onda get mənə siqaret al. Cavab verib ki, mən yolüstündəyəm, Bakıya çıxıram, bir də maqazinə gedib gəlməyim. Deyib ki, evdə dalaşıb çıxmışam əsəbiləşmişəm, əgər siqaret almasan səni bıçaqlayacağam. Bu da gözləməyib ki, bıçaqlaya".

Faktla bağlı araşdırmalar davam etdirilir.

----------
11:10

Cəlilabadda 18 yaşlı oğlanı öldürən şəxsin kimliyi müəyyənləşib. Rayon Polis Şöbəsindən

lent.az-a verilən məlumata görə, ötən gecə Cəlilabad şəhərində Emin Abdullayevi bıçaqlayaraq öldürən şəxsin 2001-ci il təvəllüdlü Murad Muradov olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

---------
09:59

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayon mərkəzində qeydə alınıb.

Məlumata görə, Cəlilabad şəhər sakini, Azərbaycan prospekti 17 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

E.Abdullayevin universitet tələbəsi olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.