Bakıda QANLI OLAY: avtobus sürücüsünü bıçaqladılar

Day.Az представляет новость на азербайджанском языке

Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. 
Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu rayonun Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə olan dayanacaqda naməlum şəxslə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və R.Məmmədov 2 bıçaq zərbəsi alıb.

Çoxlu qan itirən R.Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Qeyd edək ki, R.Məmmədov 163 nömrəli marşrut avtobusunun sürücüsüdür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.