https://news.day.az/azerinews/872954.html Bakıda qoğal satan kişi dispetçerin qulağını kəsib, daha bir nəfəri isə bıçaqladı

Bakıda qoğal satan kişi dispetçerin qulağını kəsib, daha bir nəfəri isə bıçaqladı

Azərbaycanca, 27 февраля 2017 10:44 (UTC +04:00) 1 412
Bakıda qoğal satan kişi dispetçerin qulağını kəsib, daha bir nəfəri isə bıçaqladı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda qoğal satan şəxs dispetçerin qulağını kəsib, daha bir nəfəri isə bıçaqlayıb.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, Rüstəm Rüstəmov küçəsində "makler bazarı" kimi tanınan ərazidə qoğal satmaqla məşğul olan orta yaşlı kişi (şəxsiyyəti müəyyənləşdirilir) 1984-cü il təvəllüdlü Məmmədov Elçin Süleyman oğlunun qulağını kəsib.

Daha sonra o, əlindəki bıçaqla mübahisənin qarşısını almaq istəyən 1982-ci il təvəllüdlü Elyazov Xanlar Aydın oğlunun üz və bədən nahiyəsinə bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, E.Məmmədov avtobus dayanacağında dispetçer kimi fəaliyyət göstərir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости