https://news.day.az/azerinews/890495.html Qəbiristanlıqda bıçaqlanan gənc, yaralı vəziyyətdə yola çıxdı

Qəbiristanlıqda bıçaqlanan gənc, yaralı vəziyyətdə yola çıxdı

Azərbaycanca, 26 апреля 2017 11:10 (UTC +04:00) 964
Qəbiristanlıqda bıçaqlanan gənc, yaralı vəziyyətdə yola çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Day.Az report-a istinadən xəbər verir ki, 1999-cü il təvəllüdlü Xaliqzadə Elvin Rasim oğlu Z.Kərimov küçəsində yerləşən qəbiristanlıq ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisədən sonra o, özü yaralı vəziyyətdə yola çıxaraq avtomobillərə əl edib və kömək istəyib. E.Xaliqzadə maşınlardan biri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Həkimlər çoxlu qan itirən yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости