Elnur Məmmədlinin yeni "Porsche"si - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
 

Olimpiya medalçımız "Porsche Panamera"sını dəyişdi.

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elnur Məmmədli ötən il söz-söhbətə səbəb olan bahalı maşınını dəyişdi.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, idmançı bu gün "Günə Baxan"ın qonağı olub. Ən diqqət çəkən məqam isə onun bahalı maşını olub.

Belə ki, ötən il ağ rəngli son buraxılışı "Porsche Panamera" idarə edən idmançı bu il eyni maşının qara rənglisini idarə edir.

Qızıl medal sahibi 20 min manat dəyəri olduğu iddia edilən nömrəsini isə dəyişməyib. Belə ki, 10 EM 010 dövlət nömrə nişanını yeni maşınında da istifadə edir.

Onun ötən il maşınını 200 min dollara aldığı deyilirdi.

Bakıda satılan eyni adlı maşınların qiyməti 90 min manatdan başlayır. Ən bahalı modelin dəyəri isə 225 min manatdır.

Qeyd edək ki, idmandan uzaqlaşan Elnur Məmmədli hazırda bizneslə məşğul olur. Onun bir neçə supermarketi var.