Bakıda mühafizəçini döydülər

Day.Az представляет новость на азербайджанском языке
Bakıda avtodayanacaqların birində sürücü ilə mühafizəçi arasında dava düşüb.
Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, Füzuli küçəsində yerləşən Qış parkının avtodayanacağında baş verib.
Bakı sakini, 1957-ci il təvəllüdlü Firidun Yusifov idarə etdiyi "Hyundai" markalı 90 SH 959 nömrəli avtomobillə xuliqanlıq zəminində şlaqbaumu sındırıb. Bundan sonra vurduğu zərərin pulunu ödəmək istəmədiyi üçün orada mühafizəçi işləyən, 1993-cü il təvəllüdlü Orxan Soltanovla mübahisə edərək onu döyüb, maşını üstünə sürərək ərazidən uzaqlaşıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре