https://news.day.az/society/728717.html Bu muzey böyük marağa səbəb olur - VİDEO

Bu muzey böyük marağa səbəb olur - VİDEO

Общество, 15 декабря 2015 21:41 (UTC +04:00) 425
Bu muzey böyük marağa səbəb olur

Day.Az представляет новость на азербайджанском языке.

Canlı kimi görünən heyvan müqəvvaları, skeletləri, xüsusi şəraitdə saxlanılan orqanları. Hətta 5 aylıq insan dölü. Gəncədəki anatomiya muzeyi bənzər eksponatlarla görənlərin marağına səbəb olur.

5 aylıq uşağın döl ana bətnində olduğu şəkildə şüşə qabda saxlanılır. İlan, kərtənkələ, quş və müxtəlif heyvanların leşləri də dərmanlanaraq saxlanılır.

Görüntülər Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin nəzdindəki Anatomiya Muzeyindəndir. 600-dən artıq eksponata malik muzeyin əsası 1938-ci ildə qoyulub. Son bir neçə ildə isə preparatlarla daha da zənginləşdirilib.

Qorunub saxlanması ciddi diqqət tələb edən eksponatların əldə olunması və hazırlanması da asan başa gəlməyib. Eksponatların bəziləri tələbələr tərəfindən gətirilib.

Buraya gətirilən heyvan leşləri dərmanla yuyulub hazırlandıqdan sonra tədrisdə istifadə olunur. Buradakı 2 mindən artıq nümunə isə heyvan xəstəliklərini dərindən öyrənməyə imkan verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Bu muzey böyük marağa səbəb olur

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости