https://news.day.az/azerinews/1761338.html Dünyanın ən varlı ailələri İngilis mediası bu dəfə dünyanın ən varlı ailələrinin siyahısını dərc edib. Day.Az Axşam.az-a istinadən xəbər verir ki, siyahıda ilk sırada Əbu-Dabinin Əl Nahyan ailəsidir. Onlar 305 milyard dollarlıq sərvətlə "Bloomberg"in siyahısında birinci yerdədirlər.

Dünyanın ən varlı ailələri

Azərbaycanca, 18 июня 2025 13:25 (UTC +04:00) 455
Dünyanın ən varlı ailələri

İngilis mediası bu dəfə dünyanın ən varlı ailələrinin siyahısını dərc edib. 

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, siyahıda ilk sırada Əbu-Dabinin Əl Nahyan ailəsidir. Onlar 305 milyard dollarlıq sərvətlə "Bloomberg"in siyahısında birinci yerdədirlər. Bu sərvət Abu-Dabinin neft gəlirlərindən və müxtəlif sektorlara investisiyalarından əldə edilir.

İkinci yerdə ABŞ-nin Ualton ailəsidir. Onlar 259 milyard dollarlıq sərvətlə pərakəndə nəhəng "Walmart"ın sahibləridir.

Fransada yaşayan "Hermes" ailəsi 150 milyard dollarlıq sərvətlə üçüncü yerdədirlər. Lüks moda markası "Hermes"in sahibləri dünyanın ən məşhur ailələrindəndir.

ABŞ-də yaşayan Mars ailəsi 141 milyard dollarlıq sərvətlə dördüncü yerdədirlər. Onlar şokolad və qənnadı məmulatları şirkəti "Mars Incorporated"in sahibləridir.

Qətərin Al Thani ailəsi 133 milyard dollarlıq sərvətlə beşinci yerdədirlər. Onlar Qətərin əmiri və ailəsidir.

ABŞ-nin Koç ailəsi 127 milyard dollarlıq sərvətlə altıncı yerdə qərarlaşıb.

Al Səud ailəsi 112 milyard dollarlıq sərvətə malikdir, Səudiyyə Ərəbistanı Krallığının kral ailəsidir.

  • Dünyanın ən varlı ailələri
  • Dünyanın ən varlı ailələri
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости