https://news.day.az/azerinews/1764692.html Bu şəxslər Azərbaycanı tərk etməlidirlər - RƏSMİ Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. Day.Az xəbər verir ki, müraciətdə deyilir:

Bu şəxslər Azərbaycanı tərk etməlidirlər - RƏSMİ

Azərbaycanca, 1 июля 2025 15:18 (UTC +04:00) 433
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Day.Az xəbər verir ki, müraciətdə deyilir:

"24 mart 2020-ci ildən Azərbaycanda olan və COVID-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 31 iyul 2025-ci ilədək Azərbaycan Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости