https://news.day.az/azerinews/1769146.html Bu ilin altı ayında neçə min əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib? – STATİSTİKA 2025-ci ilin 1-ci yarımili ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) fəaliyyət istiqamətləri üzrə 259 316 müraciət daxil olub. Day.Az xəbər verir ki, Trend-in DMX-in rəsmi saytından əldə etdiyi məlumata əsasən, müraciətlərin bölgüsü aşağıdakı kimi olub:  

Bu ilin altı ayında neçə min əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib? – STATİSTİKA

Azərbaycanca, 21 июля 2025 15:38 (UTC +04:00) 435
Bu ilin altı ayında neçə min əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib?

2025-ci ilin 1-ci yarımili ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) fəaliyyət istiqamətləri üzrə 259 316 müraciət daxil olub.

Day.Az xəbər verir ki, Trend-in DMX-in rəsmi saytından əldə etdiyi məlumata əsasən, müraciətlərin bölgüsü aşağıdakı kimi olub:

 
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlər - 150 548
  • Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər - 35 629
  • Vətəndaşlıq məsələləri ilə bağlı müraciətlər - 888
  • Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər - 6 753
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər - 5 950
  • Çağrı mərkəzinə daxil olan zənglər - 35 994
  • Xidmətin sosial şəbəkə hesabları və "onlayn bələdçi" xidməti vasitəsilə daxil olan müraciətlər - 7 142
  • Vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərlə bağlı daxil olmuş ərizə, şikayət və təkliflər - 5 540
  • Digər müraciətlər - 10 872

Tənzimlənməyən miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmasına görə 9 714 qərar qəbul edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости