https://news.day.az/azerinews/1787056.html Ötən gün 40 vətəndaşımız bu ölkədən geri qaytarılıb - RƏSMİ "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 9 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 40 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Ötən gün 40 vətəndaşımız bu ölkədən geri qaytarılıb - RƏSMİ

Azərbaycanca, 10 октября 2025 10:33 (UTC +04:00) 509
Ötən gün 40 vətəndaşımız bu ölkədən geri qaytarılıb

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 9 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 40 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

"Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir",- deyə Xidmətdən əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости